Milli Şura Leyla Yunusun işi üzrə dinləmələr keçirəcək

Avqustun 1-də saat 12.00-da Sülh və Demokratiya İnstitutunun ofisində hüquq müdafiəçisi Leyla Yunusun həbsi ilə bağlı dinləmələr keçiriləcək. İctimai dinləmələrdə vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar, xarici diplomatlar iştirak edəcəklər. Müzakirələr zamanı məşhur hüquq müdafiəçisinin həbsinə ictimai-siyasi və hüquqi qiymət veriləcək, onun hüquqarının müdafiəsi üzrə tədbirlər müzakirə olunacaq.